1 ayda gömrük gəliri 473 milyon manat olub

post-img

2024-cü ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları 6,5 faiz azalaraq 473 milyon 728,4 min manat təşkil edib.Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bildirilib ki, ötən ay gömrük rüsumları üzrə daxilol­malar 136 milyon 951,8 min manat (ötən ilin eyni döv­rünə nisbətən 12,3 faiz çox), əlavə dəyər vergisi üzrə daxilolmalar 314 milyon 877,5 min manat (13,9 faiz az), aksizlər üzrə daxilolmalar 18 milyon 507,3 min manat (24,7 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 391,8 min manat (23,7 faiz az) təşkil edib.

XQ

İqtisadiyyat