Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 2023-ci il ərzində dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə, ümümilikdə, 550 kilometrə yaxın fiber-optik kabel çəkilişi aparılıb.
Xidmətdən verilən məlumata görə, respublikanın regionları üzrə istifadəyə verilmiş 300 kilometrə yaxın optik kabelin 130 kilometrdən çoxu yalnız Qarabağ regionu üzrə bu şəbəkədə dövlət qurumlarının etibarlı məlumat mübadiləsi üçün çəkilib.
Bakı şəhəri və Abşeron yarımadasında isə “AzStateNet” şəbəkəsi üzrə əlavə 250 kilometrə yaxın fiber-optik kabelin çəkilişi həyata keçirilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulan “AzStateNet” şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı, telekommunikasiya kanallarının ayrılması, İnternet, Data və digər xidmətlər də göstərilir.
XQ