Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin 90 faizini (809 milyon avro) dayanıqlı infrastruktura yatırımlar, 7 faizini (62 milyon avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3 faizini (26 milyon avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.
AYİB-in mediada yayılan məlumatına əsasən, bank indiyədək Azərbaycana 189 layihə çərçivəsində 3 milyard 624 milyon avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,6 faizi (3 milyard 24 milyon avro) borc götürənlər tərəfindən artıq xərclənib. Ümumi investisiyaların 26 faizi özəl sektorun payına düşüb.
XQ