“Şirvan-3” kran gəmisi əsaslı təmir olunub

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan-3” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.

ASCO-nun yaydığı məlumatda daha sonra bildirilir ki, təmir “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik olan kranda cari işlər görülüb. Köməkçi mühərriklər əsaslı, baş mühərriklər, nasoslar, boru sistemləri elektrik mühərrik­ləri isə cari təmir olunub.

“Şirvan-3” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları yenilənib.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqal­dırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri apa­rılıb və test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaqdan sonra uzunluğu 98,55, eni 17 metr olan gəmi re­gistr təsnifatı nümayəndələrinə təhvil verilib.

XQ

İqtisadiyyat