18 il – 4 milyon daşınmaz əmlak

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, Azərbaycanda 2006-2023-cü illərdə 3 milyon 627 min 332 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bunlardan 943 min 362-si ilkin qeydiyyatın, 2 milyon 683  min 970-i isə təkrar qeydiyyatın payına düşüb.

Son 18 ildə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 623 min  726-sı fərdi yaşayış və bağ evi, 1 milyon 64 min 199-u mənzil, 1 milyon 783 min 97-si torpaq sahəsi, 77 min 784-ü qeyri-yaşayış sahəsi, 67 min 628-i qeyri-yaşayış obyekti, 12 min 694-ü əmlak kompleksi, 919-u isə çoxmərtəbəli yaşayış binası olub.

Ötən il ölkədə 477 min 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bu, 2022-ci illə müqayisədə 25 faiz çoxdur. 

XQ

İqtisadiyyat