2023-ci il ərzində gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 12 faiz artaraq 6 milyard 337 milyon manata çatıb.
Dövlət Gömrük Komitəsinin məlumatında daha sonra bildirilir ki, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 627 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 14,6 çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 443 milyon manat (11 faiz çox), aksizlər üzrə daxilolmalar 224, 3 milyon manat (32,8 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 42,8 milyon manat (31,2 faiz az) təşkil edib.
XQ