Çindən gələn 2-ci qatar Bakı Limanına çatdı

post-img

Çinin Sian şəhərindən yola çıxan növbəti blok qatar fevralın 1-də Bakı Limanına çatıb. Bu barədə Bakı Dəniz Ticarəti Limanından məlumat verilib. 

Bildirilib ki, 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatar Qazaxıstanın Aktau limanından “Sunkar” fider gəmisi (konteynerdaşıyan) vasitəsilə Bakı Limanına çatdı­rılıb. Hazırda yüklərin limanda operativ formada boşaldıla­raq vaqonlara yüklənməsi əməliyyatı icra edilir və prosesin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycandan tranzit keçidi nəzərdə tu­tulan bu blok qatarda minik avtomobilləri, ağır tonnajlı tex­nikaların hissələri və digər qeyri-qida məhsulları daşınır. Yüklər Gürcüstanın Poti limanına çatdırılacaq.

Ümumilikdə isə, bu il ərzində Çinin təkcə Sian stansi­yasından göndəriləcək 100 blok qatarın Bakı Limanından keçərək son təyinat nöqtəsinə göndərilməsi nəzərdə tutu­lur.

XQ

İqtisadiyyat