Qarabağda 3 avtomobil yolunun yenidən qurulmasına başlanılacaq

post-img

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mediada yayılan məlumatında bildirilir ki, cari il Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 kilometr), Tərtər-Ağdərə (24,2 kilometr) və Füzuli- Xocavənd-Ağdam (55,7 kilometr) avtomobil yolları beynəlxalq standartlara uyğun yenilənəcək.

Ötən il yenidən qurulmasına başlanılan Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 kilometr), Ağdərə–Ağdam (35,5 kilometr) və Şuşa-Laçın (41 kilometr) avtomobil yollarında isə tikinti işləri davam etdirilir.  

XQ

İqtisadiyyat