BTC ilə ötən il 228 milyon barel neft daşınıb

post-img

Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin yaydığı xəbərdə deyilir ki, ötən il qardaş ölkə ərazisi ilə Bakı–Tbilisi–Ceyhan (BTC) kəməri vasitəsilə 228 milyon 811 min barel neft nəql olunub ki, bu da illik müqayisədə 1,5 faiz çoxdur. 2022-ci ildə isə bu göstərici 225 milyon 445 min barel (illik müqayisədə 12,64 faiz çox) təşkil edib.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri–Çıraq–Günəşli” yataqlarından çıxarılan neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

XQ

İqtisadiyyat