Avtomobillərin “qocalıq” rüsumu

post-img

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, istehsal tarixi 4 ildən 7 ilədək olan nəqliyyat vasitələri ölkəyə idxal edilən zaman gömrük rəsmiləşdirilməsi aparı­larkən əlavə 400 manat utilizasiya haqqı ödə­nilməlidir. Avtomobillərin istehsal tarixi 7 il və daha çox olduqda isə bu məbləğ 700 manat təşkil edəcək.

Eyni zamanda nəqliyyat vasitələrinin tex­niki baxışı zamanı da avtomobil sahiblərindən utilizasiya haqqı tələb olunacaq. Bu məbləğ is­tehsal tarixindən asılı olaraq 4 ildən 10 ilədək 10 manat, 10 ildən 20 ilədək 20 manat, 20 ildən 30 ilədək 30 manat, 30 il və daha çox olduqda isə 40 manat təşkil edəcək.

İqtisadiyyat