BTC ilə Türkiyə ərazisindən ötən il 228 milyon bareldən çox neft daşınıb

post-img

Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ”  şirkətinin yaydığı  xəbərdə deyilir ki, ötən il qardaş ölkə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 milyon 811 min barel neft nəql olunub ki, bu da illik müqayisədə 1,5 faiz çoxdur.  2022-ci ildə isə bu göstərici 225 milyon 445 min barel (illik müqayisədə 12,64 faiz çox) təşkil edib.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

XQ

İqtisadiyyat