Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə əsas kapitala 20 milyard 297 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib.
Məlumatda neft-qaz sektoruna yatırılan investisiyaların həcminin 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcminin isə 9,3 faiz artdığı qeyd edilib. İstifadə olunmuş vəsaitin 12 milyard 485 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib, 14 milyard 559,6 milyon manat və ya 71,7 faiz vəsait isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Vəsaitlərin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3 faiz, digər vəsaitlər isə 6 faiz təşkil edib.
XQ