Milli maliyyə strategiyasının hədəfləri

post-img

2024–2026-cı illərdə biznes kreditləri 16,5 milyard manata çatdırılacaq

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ölkəmizdə sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişafı, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri əlavə edir. Burada maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflığın gücləndirilməsi kimi strateji məqsədlər öz əksini tapır.

Strategiya, həmçinin Mərkəzi Ban­kın müvafiq keyfiyyət tələblərini və risk əsaslı nəzarət mexanizmlərini, rəqəmsal, dayanıqlı maliyyə, eyni zamanda, əhali­nin bu sahədə biliklərinin artırılması kimi istiqamətləri də müəyyənləşdirir. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın hədəflərinə nail olunma­sı ölkədə makroiqtisadi və maliyyə sabit­liyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən fayda­lanmaq imkanlarını daha da artıracaq. 

Mərkəzi Bankın sədri Taleh Kazımo­vun “2024-2026-cı illərdə maliyyə sek­torunun inkişaf Strategiyası” haqqında açıqlamasında bütün bunlarla bərabər, həmçinin bildirilir ki, sənəddə sürətli in­kişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) ge­nişləndirilməsi, könüllü və icbari sığorta­nın təşviqi, sığorta məlumat– monitorinq mərkəzinin yaradılması, eləcə də korpo­rativ idarəetmənin gücləndirilməsi kimi önəmli məsələlər nəzərdə tutulub. 

T.Kazımovun sözlərinə görə, sığorta sektoru üzrə əsas strateji hədəflər sığor­ta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə bu sahəyə olan inam indeksinin 66 faizdən 80 faizə yüksəldilməsini və sığortaçıların ödәmәqabiliyyәtinin artırılması ilə ya­naşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effek­tiv idarə etməklə iqtisadi artımı dəstək­ləmək məqsədi daşıyır.

Sənəddə vurğulandığı kimi, yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarla­rının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Kapital bazarları üzrə əsas stra­teji hədəflər bazar infrastrukturunun in­kişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılma­sını əhatə edir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-dәpayının cari 10 faiz­dən 14 faizə yüksəldilməsi, əhalinin kapi­tal bazarlarında investisiya həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması, həmçinin effektiv nəzarət çərçivəsinin formalaşdı­rılması strategiyada nəzərdə tutulur.

Hazırda ödəniş sektorunda innova­tiv həllərin tətbiqi ilə yanaşı, ödəniş xid­mətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin güc­ləndirilməsi diqqət mərkəzindədir. Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərə­liliyin təmin edilməsi məqsədilə milli ödə­niş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yara­dılması və səmərəli nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur. 

Ödəniş sektoru üzrə başlıca strate­ji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının indiki 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Nəticə etibarilə, rəqabət qa­biliyyətli və innovativ ödəniş ekosistemi­nin formalaşdırılmasının, eyni zamanda, nağdsız ödənişlərin genişləndirilməsinin iqtisadi artıma əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Strategiyaya uyğun olaraq bank sek­torunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitə­silə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə sözügedən sahədə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdir­məklə onların iqtisadiyyatın maliyyələş­məsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiril­məsi qarşıya mühüm vəzifə kimi qoyulur. Bu çərçivədə, bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan po­tensialı 16,5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı, habelə risk əsaslı tənzimləmə və nəzarətin güc­ləndirilməsi hədəflənir.

Strategiyada, həmçinin ESİ (ekoloji, sosial və idarəetmə), habelə dayanıqlı maliyyə meyarlarının maliyyə xidmət­lərinə inteqrasiyası, rəqəmsal maliyyə həllərinin inkişafı, bu sahədə innovasi­yaların geniş miqyasda təşviqi, nəhayət, kibertəhlükəsizliyin gücləndirilməsi təşəb­büsləri də əhatə olunub.

Maliyyə sektorunda çalışan mütəxəs­sislərin peşəkarlıq səviyyəsinin daha da artırılması, eyni zamanda, cəmiyyət­də maliyyə biliklərinin və əlçatanlığının təşviqi kimi fundamental məsələlər də sənəddə öz əksini tapıb. 

“2024-2026-cı illərdə maliyyə sektoru­nun inkişaf Strategiyası”nın hədəflərinin və prioritetlərinin uğurla həyata keçiril­məsi ölkəmizin makroiqtisadi – maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıra­caq.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat