Hacıqabulda Özbəkistan avtomobil müəssisəsi

post-img

Hacıqabul sənaye məhəlləsində fəaliyyət göstərən Özbəkistan müəssisəsi Azərbaycanda istehsal olunacaq avtomobillərin sayını 30 minə çatdırmaq niyyətindədir. Bu barədə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakı Dövlət Universitetində Azərbaycanda Özbəkistanın Elm və Mədəniyyət günlərinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında məlumat verib. 

Səfirin sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsindəki zavodda ilkin mərhələdə böyük hissələrin yığılmasına başlanı­lıb. Hazırda isə müəssisədə yerli istehsalın həcmini artırmağa yönələn işlər aparılır. Qeyd edək ki, 2021-ci ildə Hacıqabul Sə­naye Məhəlləsində fəaliyyətə başlayan avtomobil zavodunda hazırda 6 növ avtomobil istehsal olunur. Müəssisənin istehsalı olan “Onyx”, “Cobalt” və digər modellərə tələbat yüksəkdir. 

İstehsalın artırılması üçün yeni sexlərin tikiləcəyini bildirən səfir onu da deyib ki, hazırda Hacıqabuldakı zavodun ətrafında orta və kiçik müəssisələrin yaradılması ilə bağlı işlər görülür. 

XQ

İqtisadiyyat