Bank sektoru biznes kreditlərini artırır

post-img

Bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialının 16,5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib.

Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və mə­suliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə daya­nıqlı inkişafın dəstəklənməsinin nəzərdə tutulduğunu bildirən bank sədrinin sözlərinə görə, bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inki­şaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. 

XQ

İqtisadiyyat