Türkdilli Dövlətlərin Rəqabət Şurası da yaradılıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv türkdilli dövlətlərin rəqabət qurumlarının İstanbulda keçirilən iclasında iştirak edib.

Dövlət Xidmətindən verilən məlumat­da bildirilir ki, Türkiyənin Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk respublikalarının rəqabət orqanları­nın nümayəndələrinin iştirak etdikləri bu tədbirin keçirilməsində məqsəd Türkdilli Dövlətlərin Rəqabət Şurasının (TDRŞ) təsis edilməsi olub. 

İclasda TDRŞ qarşısında məlumat mübadiləsinin təmin olunması, qlobal çə­tinliklərlə mübarizə, rəqabət siyasəti və hüququnun inkişaf etdirilməsi, ölkələra­rası inteqrasiya və regional əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin həlli mü­hüm vəzifə kimi qoyulub. 

XQ

İqtisadiyyat