Ələt Azad Zonası genişlənir

post-img

“Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli Fərmanında dəyişiklik edilməsi barədə dövlət başçısı 19 yanvar 2024-cü il tarixli Fərman imzalayıb.

Sənədə əsasən, İqtisadiyyat Nazirli­yinin tərtib etdiyi plana əsasən, Qaradağ və Salyan rayonları inzibati əraziləri daxi­lində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı sahələr, ehtiyat fondu və kənd təsərrüfatı təyinatlı tor­paqlar kateqoriyasına aid, habelə dövlət mülkiyyətindəki ərazidən Ələt Azad İqti­sadi Zonasına ayrılması nəzərdə tutulub. Bununla da 4 min 312,56 hektar tor­paq sahəsi bu zonanın ərazisi qismində müəyyənləşdirilib. 

XQ

İqtisadiyyat