Könüllü sığorta – 160 milyon manat

post-img

Azərbaycan Mərkəzi Bankından bildirildiyinə görə, 2023-cü il ərzində ölkədə könüllü sığorta növləri üzrə 808 milyon 104 min manat, icbari sığorta növləri üzrə isə 334 milyon 432 min manat sığorta haqqı toplanılıb.

2022-ci illə müqayisədə könüllü sığor­ta növləri üzrə toplanan sığorta haqqları 22 faiz və ya 160 milyon manat, icbari sığorta növləri üzrə sığorta daxil olmala­rı isə 37,8 faiz və ya 91 milyon 681 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 41.9 faiz artaraq 479 milyon 252 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 13 faiz artaraq 108 milyon 72 min manata bərabər olub.

Beləliklə, ötən il könüllü sığorta ba­zarında toplanmış hər 100 manat sığor­ta haqqından 54 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ildə 46,4 ma­nata bərabər olub. 2023 il ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,3 manat təşkil edib ki, bu göstərici əvvəlki ildə 39,4 manata bərabər idi.

XQ

İqtisadiyyat