Ötən il 22 ölkəyə 26 milyon ton neft ixrac olunub

post-img

2023-cü ildə Azərbaycan İtaliyaya 7 milyard 77 milyon 115 min ABŞ dolları dəyərində 11 milyon 117 min 530 ton neft ixrac edib. Bununla da, İtaliya ölkəmizin ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qurumun illik hesaba­tına əsasən, Azərbaycanın ümumi neft ixracında ikinci yeri İsrail tutub. Hesabat dövründə bu ölkəyə 1 milyard 394 milyon 267,62 min dollar dəyərində 2 milyon 270 min 343 ton neft ixrac edilib. Azərbayca­nın neft ixracı üzrə siyahıda ilk üçlüyü Hindistan tamamlayıb. Belə ki, ötən il bu ölkəyə 1 milyard 227 milyon 40,85 min dollarlıq 2 milyon 25 min 82 ton neft gön­dərilib.

Qeyd edək ki, hesabatda gömrük orqanları tərəfindən rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyə­rinə dair məlumatlar nəzərə alınıb. Siya­hıdan göründüyü kimi, Azərbaycan ötən il 22 ölkəyə 16 milyard 240 milyon 830 min dollarlıq 26 milyon 47 min 289,5 ton neft ixrac edib.

XQ

İqtisadiyyat