Kredit qoyuluşu 24 milyard manata çatıb

post-img

2024-ci il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 milyard 979,1 milyon manat təşkil edib. Bu da 2023-cü ilin dekabr ayının 1-nə olan göstərici ilə müqayisədə 1,53 faiz çoxdur.

Bu barədə XQ-yə Azər­baycan Mərkəzi Bankından məlumat verilib. Bildirilib ki, 2023 ilin yanvar ayının 1-i ilə müqayisədə ölkə iqtisadiy­yatına kredit qoyuluşları 3 milyard 795,1 milyon manat və ya 18,8 artıb. Xatırladaq ki, ötən ilin yanvar ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 milyard 184 milyon manat təşkil edib.

İqtisadiyyat