Sığorta sektoru 18 ildə 35 dəfə genişlənib

post-img

Azərbaycanın sığorta sektorunun aktivləri 2005-ci ilin yekununda 54 milyon manat olduğu halda, ötən ilin yekununda 1 milyard 889 milyon manat olub. Bu isə ötən 18 ildə 35 dəfə artım deməkdir.

Ötən müddətdə ölkədə sığorta haq­ları 17 dəfə artaraq 71 milyon manat­dan 1 milyard 223 milyon manata, sı­ğorta ödənişləri isə 39 dəfə artaraq 15 milyon manatdan 587 milyon manata çatıb. Bu dövrdə sözügedən sektorun kapitalı isə 21 dəfə artaraq 26 milyon manatdan 556 milyon manata yüksəlib.

XQ

İqtisadiyyat