İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) aldığımız məlumata görə, ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.
Hesabat dövründə respublikamızdan 3 milyard 348 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu, 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur. Məlumatda, eyni zamanda, təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyərinin 314 milyon dollardan çox təşkil etdiyi, bunun isə illik ifadədə 3,8 faizlik artım demək olduğu vurğulanıb.
XQ