2023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə XQ-yə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat ilində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb.
Ümumi daxili məhsulun 40,5 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşüb.
İl ərzində məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib. Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 12 min 114,5 manata bərabər olub.
XQ