Dünya Bankının ölkəmizlə bağlı proqnozu nikbindir

post-img

Dünya Bankı “Qlobal iqtisadi perspektivlər” hesabatında Azərbaycan iqtisadiyyatı ilə bağlı 2024-2025-ci illər üçün proqnozları açıqlayıb. Hesabatda ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 2,4 faiz, 2025-ci ildə isə 2,5 faiz artacağı bildirilib.

Sənədə əsasən, bu göstəricilər 2023-cü ilin iyun ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır, lakin oktyabr ayındakı gözləntilərə nisbətən eynidir.

Hesabatda qeyd edilib ki, 2024-2025-ci illərdə Cənubi Qafqazda iqtisadi artım illik 3,3 faiz səviyyəsində sabit qala­cağı proqnozlaşdırılır. Rusiyadan pul köçürmələrinin daha da azalması gözlənilsə də, təkrar ixrac və turizm iqtisadi fəallığı dəstəkləməyə davam edəcək. Bununla belə, uzunmüddətli artı­ma əmtəə asılılığı, zəif nəqliyyat əlaqələri və logistika və Ermə­nistan və Azərbaycan arasında mümkün davam edən geosiyasi gərginlik mane olmaqda davam edəcək.

XQ

İqtisadiyyat