İllik ixrac 34 milyard dollara yüksəlib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına əsasən, 2023-cü ilin yanvar–dekabr ayları ərzində ölkəmizin ümumi ixracı 33,9 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar təşkil edib.

“İxrac icmalı”na görə, 2023-cü ildə yeyinti məhsulları üzrə ixrac 928 mil­yon dollara bərabər olub. Həmin dövr ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3 faiz, qara me­tallardan məmulatların ixracı 13,3 faiz, meyvə-tərəvəz ixracı isə 8,7 faiz artıb.

Ötən il aqrar və aqrar-sənaye məh­sulları üzrə birgə ixracın statistik dəyə­ri 6,2 faiz artaraq 969 milyon dollara çatıb. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan bu məhsulların yaratdığı dəyər ötən illə müqayisədə 3,2 faiz artaraq 201 milyon dollar təşkil edib.

2023-cü ilin dekabr ayının qey­ri-neft ixracı 3,8 faiz artaraq 314 milyon dollar olub. Yeyinti məhsulları üzrə ix­rac isə 0,9 faiz artımla 107 milyon dol­lar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4 faiz artımla 208 milyon dollar təşkil edib.

XQ

İqtisadiyyat