TAP xarici ölkələrə 31 milyard kubmetr qaz nəql edib

post-img

Energetika naziri Pərviz Şahbazov “X“ hesabında paylaşım edərək bildirib ki, Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından üç il keçir. Ötən müddətdə TAP-la Avropaya 31 milyard kubmetrdən çox qaz nəql olunub. 2023-cü il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 11,8 milyard kubmetr qaz ixrac edilib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin (CQD) Avropa hissəsi olan TAP vasitə­silə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur.

2020-ci il dekabr ayının 31-də Azər­baycan qazının CQD vasitəsilə Avropa­ya nəqli başladılıb. Ölkəmiz tarixində ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

XQ

İqtisadiyyat