Avtomobil istehsalı 6 dəfə artıb

post-img

Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Sənaye zonalarında ilk avtomo­bil istehsalına 2018-ci ildə başlanılıb. Həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4 min 233 təşkil edib. Bu, ötən illə müqayisədə, təqribən, 109 faiz artım deməkdir”, – deyə nazir bildirib.

XQ

İqtisadiyyat