Özəl sektorun ÜDM-də payı çoxalıb

post-img

Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun payı 86,5 faiz, məşğulluqdakı payı isə 78 faizdən çoxdur. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bir sıra biznes nümayəndələrinə “Dayaq” mükafatının təqdim edilməsi mərasimində deyib.

Ölkəmizdə sahibkarlıq subyektlərinin 99,6 faizinin kiçik və orta biznes qurum­larının payına düşdüyünü vurğulayan nazir müavininin sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,2 faiz artıb. Qeyd olunub ki, iqtisadiyya­tın şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri neft-qaz sek­torunun ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 3 milyard ABŞ dollarına çatıb. 

XQ

İqtisadiyyat