Gələn il Qarabağ və Şərqi Zəngəzurda 12 SES istismara buraxılacaq

post-img

İşğaldan azad edilmiş ərazilərdə 2023-cü ildə “AzərEnerji” tərəfindən 12 yarımstansiya və su elektrik stansiyası istifadəyə verilib. 

Qurumdan verilən məlumata görə, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan – Türkiyə – Avropa ölkələr-arası beynəlxalq enerji dəhlizi layihə­si çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası is­tismara verilib. Həmçinin “yaşıl enerji” strategiyasına uyğun olaraq il ərzində Kəlbəcər rayonunda “Çıraq-1”, “Çı­raq-2”, “Qamışlı”, “Soyuqbulaq” və “Meydan”, eləcə də Laçın rayonun­da “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istisma­ra buraxılıb. 

Yola salmağa hazırlaşdığımız 2023-cü ildə “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının açı­lışı həyata keçirilib. Bununla yanaşı, Prezident İlham Əliyev “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Ca­hangirbəyli” su elektrik stansiyasının açılışında iştirak edib. Dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq ya­rımstansiyasının açılışı həyata keçirilib. İlin ən yaddaqalan hadisələrindən biri isə, heç şübhəsiz, 19-20 sentyabr an­titerror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi və digər ərazilərin Azərbay­canın enerji sisteminə qoşulması olub.

İşğaldan azad edilmiş ərazilərdə il ərzində “AzərEnerji”nin 9 elektrik stan­siyasının tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda Qarabağ və Şərqi Zən­gəzurda ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək 3 su elektrik stansiyasının tikintisi davam edir. Artıq bir neçə stansiyanın tikintisi başa çat­dırılıb. Bütövlükdə isə 2024-cü ildə iş­ğaldan azad edilmiş ərazilərdə 12 stan­siyanın isə istismara verilməsi nəzərdə tutulub.

XQ

İqtisadiyyat