2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə 27 milyon 365,5 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, yüklərin 12 milyon 447 min tonu və ya 45,5 faizi dəmir yolu nəqliyyatı, 7 milyon 732,3 min tonu və ya 28,2 faizi avtomobil nəqliyyatı, 7 milyon 186,2 min tonu və ya 26,3 faizi isə dəniz nəqliyyatının payına düşüb.
Hesabat dövründə ölkəmizin ərazisindən keçən dəhlizlər vasitəsilə daşınmış yüklərin 15 milyon 597,2 min tonunu və 57 faizini tranzit yüklər təşkil edib.
XQ