Əmtəəlik qaz hasilatı 4 faizdən çox artıb

post-img

Bu ilin 11 ayı ərzində Azərbaycanda 44 milyard 221 milyon kubmetr təbii qaz hasil edilib. Dövlət Statistika Komitəsinin məlumatında daha sonra bildirilir ki, həmin göstəricinin 33 milyard 147 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,1 faiz, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artıb.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 27 milyon 695 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 598 min tonu əmtəəlik xam neftin payına düşüb.

XQ

İqtisadiyyat