Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2022-ci ilin eyni dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq əməkhaqqı daha yüksək olub.
Hesabat dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı isə 1 milyon 729 min nəfər olub, onlardan 897 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
XQ

