Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılıb. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Layihə üzrə son razılaşdırma işlərinin getdiyini vurğulayan qurum rəhbəri, həmçinin Bərdə – Ağdam yolunun tikintisi üzrə də işlərin böyük hissəsinin tamamlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib. “Ümumilikdə, layihənin 85 faizi icra olunub. Hazırda Təzəkənd, Bərdə və Köçəri stansiyalarının bərpası həyata keçirilir və yaxın vaxtlarda işlər yekunlaşdırılacaq”, – deyə o əlavə edib.
QSC sədri Horadiz – Ağbənd layihəsi üzrə işlərin də 45 faizinin tamamlandığını bildirib. Onun dediyinə görə, layihənin yekunlaşdırılması 2025-ci ilə nəzərdə tutulub.
XQ

