“Yaşıl keçid” bu prosesi 2035-ci ilədək başa çatdıracaq
İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin iqlim dəyişikliyi üzrə sessiyasında jurnalistlərə açıqlaması zamanı bildirib ki, COP28 çərçivəsində SOCAR irəli sürülən təşəbbüslərin birinə qoşulub. Həmin öhdəliyə əsaslanılaraq şirkət 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi layihəsi ilə bağlı müvafiq sənədlər imzalayıb.
Mikayıl Cabbarovun sözlərinə görə, həyata reallaşdırılan tədbirlər arasında ölkə iqtisadiyyatında “yaşıl keçid”in təmin edilməsinin dayanıqlığını “yaşıl enerji” mənbələrin bir tərəfdən artırılması, digər tərəfdən iqtisadi səmərəliliyin təmin edilməsi və bunun üçün özəl investisiyaların həmin sahələrə yatırılması üçün şəraitin yaradılması kimi məsələlər əks olunub.
İqtisadiyyat naziri əlavə edib ki, COP28 çərçivəsində keçirilən görüşdə istər Azərbaycanda, istərsə də Orta Asiya ölkələrində istehsal olunan enerji, bərpaolunan enerji mənbələrinin həm ixracı və mübadiləsi imkanları, eyni zamanda, Xəzər dənizi sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr də müzakirə edilib.
XQ