Azərbaycan yanvarın 24-28-də Madriddə keçiriləcək FITUR-2024 beynəlxalq turizm sərgisində təmsil olunacaq.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Agentlik artıq bu tədbirdə iştirak üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, FITUR-2024 turizm sektoru üçün ən böyük ticarət yarmarkalarından biri hesab olunur. Sərgini 136 mindən çox qonağın ziyarət edəcəyi gözlənilir.
Rizvan FİKRƏTOĞLU
XQ