Biznesin idarə edilməsi ilə bağlı təlim keçirildi

post-img

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Bisnes idarə olunur ürəklə, yoxsa rəqəmlə” adlı təlim keçirildi. 

Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verdi. 

Sonra Najinski Nağıyev şirkətinin həmtəsisçisi, təlimçi Cəlal Nağıyev biznesin əsasları və maliyyə göstəriciləri barədə çıxış edib. Cəlal Nağıyev şirkətin davamlılığının əhəmiyyət kəsb etdiyini və daim rəqabətə hazır olmalı olduğunu qeyd etdi. 

Seminarın sonunda tələbələrin sualları cavablandırıldı və mözvu ətrafında müzakirə keçirildi.

 

Rizvan FİKRƏTOĞLU

XQ



İqtisadiyyat