Avropa Enerji Tənzimləyiciləri Şurasının Bakı təlimi

post-img

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri üçün Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertlərinin iştirakı ilə növbəti seminar təşkil edilib.

Tədbir Avropa İttifaqının “EU4E­nergy” proqramının II mərhələsi–“Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsi çərçivəsində reallaşıb.

İki gün davam edən seminar­da adıçəkilən beynəlxalq qurumun ekspertləri elektrik və qaz təchiza­tı şəbəkəsində xidmət keyfiyyətinin, etibarlılığının və dayanıqlığının qiy­mətləndirilməsi, habelə texniki və kom­mersiya keyfiyyəti, eləcə də təchizat davamlığı ilə bağlı Avropa təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüb­lər.

Seminarda təqdim olunan mövzu­larla bağlı birgə fikir mübadiləsi aparı­lıb.

XQ

İqtisadiyyat