“Tərtərçay” da Xəzərə qovuşdu

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Zığ gəmi təmiri və tikintisi zavodunda inşa olunan növbəti yedək gəmisi istismara verilib.

ASCO-dan XQ-yə verilən məlumata görə, Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilən gəmi “Tərtər­çay” adlandırılıb. Gəminin uzunluğu 26 metr, eni 6,7 metr, bortunun hündürlü­yü 3 metr, suya oturumu 1,6 metr, ded­veyti 14 tondur. 6 nəfərlik heyətlə idarə olunan yedək gəmisi 9 uzellə hərəkət edəcək və göyərtəsində 3 tonadək yük daşıya biləcək.

Qeyd edək ki, Zığ gəmi təmiri və tikintisi zavodunda geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühən­dislik xidmətləri göstərilir. 2017-ci ildən isə burada müvafiq sertifikatlaşma əsasında gəmilərin tikintisi də həyata keçirilir. Yeri gəlmişkən, “Tərtərçay” za­vodun inşa etdiyi sayca ikinci gəmidir. Bundan öncə isə “ASCO 1” adlı eyni tipli gəmi inşa olunaraq təhvil verilib. Hazırda bu seriyadan olan daha 4 ədəd gəminin inşası davam edir. Həmin gə­milərin mərhələli şəkildə istismara veril­məsi planlaşdırılır.

Üzən nəqliyyat vasitələrinin la­yihələndirilməsini ASCO-nun Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutu­nun mütəxəssisləri yerinə yetiriblər.

 

XQ

İqtisadiyyat