Bu il Azərbaycanda təbii fəlakətlər və digər hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlər üzrə təqribən 6 milyon manat sığorta ödənişi ediləcək. Bu da ötənilki sığorta ödənişindən 2,6 dəfə çoxdur.
Bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib. Bildirilib ki, ölkədə fermerlərə 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta ödənişi edilib.
Xatırladaq ki, bu ilin yay fəslində Azərbaycanda temperatur üzrə rekord göstəricilər qeydə alınmasa da, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.
XQ