Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə əhaliyə 9 087,1 milyon manat ödənişli xidmətlər göstərilib. Bu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6 895,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 177,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
P.ƏFƏNDİ
XQ