SPECA ölkələri ilə ticarət dövriyyəsi 1,2 milyard dollara çatıb

post-img

Azərbaycan bir çox digər SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri üçün Şərq və Qərb arasında körpü rolunu oynayır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib. 

Nazirin sözlərinə görə, bu ilin on ayında Azərbaycanla SPECA ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 1,2 milyard dollara çatıb. 2022-ci ildə isə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları təşkil edib.

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat