İşğaldan azad olunan ərazilərdə 132 min hektar əkinə cəlb edilib

post-img

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla 2020-21-ci təsərrüfat ilində 10 min hektar, 2021-22-ci illərdə 50 min hektar, 2022-23-cü illərdə isə 72 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edildiyini bildirib.
Məcnun Məmmədov qeyd edib ki, bu göstəricilər potensial ərazilərin cəmi 60 faizini təşkil edir. Başqa sözlə, bu, qeyd olunan səbəblərdən 40 faiz torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunmaması deməkdir.
Nazirin sözlərinə görə, bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur. 
ANAMA-nın məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması nəticəsində 8 nəfər xəsarət alıb, 7 nəfər həyatını itirib, 6 kənd təsərrüfatı texnikası isə yararsız hala düşərək sıradan çıxıb.

XQ

İqtisadiyyat