Lirənin ucuzlaması onlayn ticarətə necə təsir göstərir?

post-img

Türkiyə milli valyutasının vəziyyəti yenidən gündəmə gəlib. Son valyuta göstəricilərinə görə, türk lirəsi dəyərini itirməkdə davam edir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Murad Calalov XQ-nın suallarını cavablandırdı.
 
-Türk lirəsinin dəyərinin düşməsi Türkiyə iqtisadiyyatına və digər ölkələrlə ticari əlaqələrinə necə təsir edəcək?

-Bir ölkədə valyuta öz dəyərini itirirsə, bu zaman ən çox problem xarici ticarətdə özünü büruzə verir, çünkü ölkədə bütün alqı-satqılar  maliyyə mübadiləsi ölkə içində getdiyinə görə bunun fərqini görmək olmur.

O, ki qaldı ölkədən xaricə ixrac olunan və ya idxal olunan malların pul transferlərində böyük fərqin yarandığını görmək olar. Bir ölkənin valyutası azalırsa, dəyərini itirirsə, bu, çox vaxt inflyasiya dövründə baş verir.

İnflyasiyanın azalması dövru var, həmin dövrü keçmirsə, o zaman ölkədə devalvasiya gedir, pul öz dəyərini itirir ki, bu da artıq xarici ticarətdə kulli miqdarda dəyərin itirilməsi deməkdir.

-Ölkədə pul dəyərini itirdikdə biznesin durumu necə olur?

-Türkiyədə olan şilkətlər Avropanın və ya digər xarici ölkələrlə ticarət əlaqələri var. Deyək ki, bu şirkətlər mal istehsal edir və xarici ölkəyə göndərir, bu zaman sitehsalçı satdığı malın qarşılığını dollarla və ya avro ilə alırsa, onu lirəyə çevirəndə hardasa qazancın daha yüksək olduğunu düşünürlər. Amma bu aldadıcı bir prosesdir, indiki dövrdə Türkiyədə qiymətlərdə inanılmaz dərəcədə qalxır, ona görə də avronun türk lirəsinə çevrilməsi böyük məbləğə göstərsə də, onun dəyərinin olmamasıdır.

İnflyasiya hər hansı bir dövlətdə müəyyən bir müddət gedir və o dövrdən sonra COVİD-19 Rusiya-Ukraniya müharibəsinin təsirləri inflyasiya zamanını artırır. Bu, ancaq sonda xoş olmayan nəticələrə gətirib çıxarır.

İnflyasiya bir müddətə qədər bitmədisə, bu ölkə ticarətinə iki qat təsir göstərir. Amma Türkiyədə olan şirkətin xaricdə olan şirkətlərlə biznes əlaqəsi var və banklar onların pul transferi prosesində iştirak edirlər. Onların büdcəsini, ticarət əlaqəsini görür, ona görə də müəyyən bir kredit məbləği verirlər.

Bir nüansa da diqqət etmək lazımdır ki, banklarda Türkiyə şirkətinə qarşı ədalətli çıxış etsinlər. Bildiyimiz kimi, türk lirəsi öz dəyərini itirir və Türkiyə xaricdən krediti avro ilə alır. Bu da öz növbəsində, bir tərəfdən şirkətlərin istehsal etdikləri məhsulların satışına yaxşı təsir edirsə, digər tərəfdən də lirənin dəyərinin aşağı düşməsi nəticəsində çox miqdarda ziyan edir. 

Banklarda belə bir sistem var, dəyəri düşmüş pullara qarşı bir sərhəd qoyulur ki, müəyyən limit keçdikdən sonra xəbərdarlıq edilir və ondan sonra şirkətlərə kreditlərin verilməsi düzgün deyil, çünki o şirkətlərə hazırki vəziyyətdə yaxşı təsir göstərsə də, artıq bir müddətdən sonra dəfələrlə qarşılığını almalı olur.

Banklar bildiyi halda ki, Türkiyə yüksək riskqi olan ölkədir və lirə öz dəyərin günü-gündən itirir və bank bunu bildiyi halda şirkət rəhbərlərinin əlində olan səhmlərini girov olaraq alır. Belə olduğu halda Türkiyədə olan şilkətlər daha çox iflasa doğru gedə bilərlər.
Bunlardan belə qənaətə gəlmək olar ki, ölkə daxilində ticarət mübadiləsini artmaq lazımdır. Necə ki, banklar ölkənin sütununu təhşkil edirsə, şirkətlər də ölkənin maliyyə axınını təşkil edir, bu da ölkə iqtisadiyyatını möhkəmləndirir. 

-Azərbaycanla əlaqələrinə hansı təsiri gözlənilir? 

-Qaldı Azərbaycanla Türkiyənin ticarət əlaqələrinə, bununla bağlı onu deyə bilərəm ki, insanlar onlayn platforma üzərindən daha çox  alış-veriş etməyə üstünlük verirlər, çünki manatı lirə ilə əvəz edəndə böyük məbləğ əldə edilir.

Türkiyədə lirənin aşağı düşməsi səbəbindən insanlar alış-veriş edə bilmirlər və bu da qiymət artımına səbəb olur.

Lirənin dəyər itirməsi Azərbaycanda indiki dövrdə daha çox alış-veriş olsa da, bir müddətdən sonra bu azalmağa doğru gedəcək. Çünki lirə dəyər itirdiyinə görə bütün sahələrdə qiymətlər artır. Lirə öz dəyərini itirdikcə istesal olunan malların qiymətinin artması müştərilərdə narazılıq doğurur. Bu gün onlayn satış servislərindən çox sayda insan istifadə etsədə də, bir müddətdən sonra bu azala bilər. Lirə dəyər itirdikcə bütün sahələrdə qiymət artımının baş verməsi mümkündür.

Ayşən Azadov



İqtisadiyyat