“Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 18,4 milyon dollar qeyri-neft ixracı həyata keçirilib

post-img

“Bir pəncərə” İxraca Dəstək Mərkəzinə 2023-cü ilin oktyabr ayı ərzində 139 müraciət daxil olub. Müvafiq dövr ərzində 355 ədəd sertifikat (150 ədəd mənşə, 199 ədəd fitosanitar, 3 ədəd baytarlıq, 3 ədəd CİTES) təqdim edilib. Bu barədə mərkəzdən məlumat verilib.  

2023-cü ilin oktyabr ayı ərzində “Bir pəncərə” vasitəsilə 18,4 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib. Qeyd edilən dövr ərzində fiziki və hüquqi şəxslər tərəfindən qiymətli metallar, pambıq mahlıcı, pendir, qənnadı məmulatları, nar və meyvə şirələri, limonad, pomidor, xurma, Xəzər kilkəsi, akvakultur üsulu ilə yetişdirilmiş nərəcinsli balıqların kürüsü, uşaq qidaları, tibbi zəli, qoz, sürtkü yağları, su nasosu və mexaniki sıxlaşdırıcılar, köpüklənən polistrol əsaslı ekstruz olunmuş lövhələr, istifadəyə yararsız elektron tullantı, klinker, izolyasiya məhsulları, polad boru, polad armatur yaymasının ixracı həyata keçirilib.

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat