Azərbaycan milli pavilyonu Çindəki beynəlxalq sərgidə böyük maraqla qarşılanır

post-img

Noyabrın 5-dən Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) öz işinə başlayıb. İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Pandemiyadan sonra ilk dəfə təşkil olunan sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb. Ümumilikdə 400 minə yaxın peşəkar ziyarətçi qeydiyyatdan keçib.

Azərbaycan nümayəndə heyəti də CIIE-də iştirak edir. Ölkəmiz sərgidə milli pavilyonla təmsil olunur.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti də iştirak edir. Azərbaycan nümayəndə heyətinin üzvləri sərgi çərçivəsində təşkil olunacaq forumlarda iştirak və çıxış edəcəklər. Bundan başqa, ikitərəfli görüşlərdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Çin Beynəlxalq İdxal Sərgisi noyabrın 10-dək davam edəcək. 

P.ƏFƏMDİ
XQ

 

Son xəbərlər