Bankların aylıq gəliri 303 milyon manata çatıb

post-img

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sent­yabr ayında ölkəmizdə fəaliyyət göstərən banklar 303 milyon manat faiz gəliri əldə ediblər.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz və ya 62,1 milyon manat çoxdur. 2022-ci ilin sentyabr ayında isə banklar 241 milyon manat faiz gəliri əldə ediblər.

Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mən­fəətləri 164 milyon manat, xalis mənfəətləri isə 109 milyon manat təşkil edib.

XQ

İqtisadiyyat