İnfrastruktur genişləndirilir

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şə­bəkəsindəki hesabında cari ilin yanvar-sentyabr ayla­rında ölkədə məhsul istehsalı və xidmət sahələrinə qo­yulmuş investisiyaların məbləğinin ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,8 faiz və 27,4 faiz çox olduğu­nu bildirib. 

Xatırladaq ki, 9 ay ərzində ölkədə əsas kapitala 12 milyard 729 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna in­vestisiyalar 18,1 faiz, qeyri-neft-qaz sekto­runa investisiyalar isə 23,2 faiz artıb.

XQ

İqtisadiyyat