Gömrükdə inkişaf modeli

post-img

Dövlət Gömrük Komitəsi (DGK) özünün yeni inkişaf modelini hazırlayıb. DGK-dan bildirildiyinə görə, bu model 7 əsas komponenti (istiqamət, novator, keyfiyyət, işgüzar, şəffaf, asan, faydalı) əks etdirir.

Yeni Gömrük İnkişaf Mo­delinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiy­yətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biz­nes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həl­ləri ərsəyə gətirməkdir. Artıq yeni modelin mahiyyəti və məğzi barədə məlumat vətəndaşlar və sahibkarlara əlçatan olması üçün müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fo­nunda DGK-nın belə bir modelə keçməsi aparılan şəffaflaşma prosesinin tərkib hissəsi və islahatlara mühüm töhfə kimi qiymət­ləndirilir. Gömrük orqanlarında həyata keçirilən rəqəmsallaşma və şəffaflaşma prosesində indiyə qədər 10-a yaxın layihənin ic­rası tamamlanıb. 

XQ

İqtisadiyyat