Kredit qoyuluşu 16 faizdən çox artıb

post-img

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-ci il oktyabr ayının 1-nə ölkə iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 22 milyard 282 milyon manat təşkil edib. Bu, cari il sentyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 2,1 faiz çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 16,3 faiz və ya 3 milyard 125 milyon manat artıb. Belə ki, 2022-ci ilin oktyabr ayı­nın 1-nə kredit qoyuluşlarının həcmi 19 milyard 157 milyon manat təşkil edib.

XQ

İqtisadiyyat