Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ötən 9 ayında ölkədə 3 milyon 743 min ton qaz kondensatı hasil edilib. Keçən il isə bu göstərici 3 milyon 690 min ton olub. Beləliklə, illik müqayisədə qaz kondensatı istehsalı 1,46 faiz çoxalıb.
Məlumata əsasən, hesabat dövründə respublikada istehsal edilən qaz kondensatının 3 milyon 722 min tonu əmtəəlik məhsul kimi reallaşdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında isə həmin göstərici 3 milyon 665 min ton səviyyəsində olub.
XQ

